ABB super marketlərdən post-terminallarını yığışdırır?

ABB super marketlərdən post-terminallarını yığışdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı” super marketlərdə kartla ödəniş sərf etmədiyi üçün post-terminallarını yığışdırır.

Tribunainfo.az xəbər verir ki, bu problemi sosial şəbəkələrdə ABB müştərisi Orxan Həsənov işıqlandırıb. O bildirib ki, artıq neçənci dəfədir ki, Tamstore mağazalarında hər dəfə ödəniş etdikdə şablon olaraq deyilir ki, post-terminal işləmir:

“Ancaq digər bankın pos-terminalı təqdim edilir. Sonuncu dəfə etiraz etdikdə isə bildirdilər ki, ABB sərf etmədiyi üçün tapşırıb ki, ödəniş qəbul etməyin”.

Müştəri problemin həlli üçün ABB-dən kömək istəyib.

Qarşı tərəfi dinləmıyə hazırıq.

Gülşən Rəsul