“Azərbaycan Beynəlxalq Bankı”ın (ABB) 2024-cü ilin ikinci rübündə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 3 milyard 197 milyon 183 min manat olub.
Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 873 milyon 686 min manat və ya 21,5 % azdır. Ötən ilin sonunda bu məbləğ 4 milyard 70 milyon 869 min manat təşkil edib.
Hesabat dövründə ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərlərin həcmi 893 milyon 155 min manat olub. Bu, 2023-cü ilin sonu ilə müqayisədə 952 milyon 633 min manat, yaxud da 51,6 % azdır.
Banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 2024-cü ilin ikinci rübündə 24 milyon 342 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 858 min manat və ya 3,7 % çoxdur.
“Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 3 faiz azalaraq 13 milyard 258 milyon 894 min manata düşüb.