Azərbaycan Beynəlxalq Bankı sosial tərəfdaş kimi həssas qruplardan olan şəxslər üçün endirim təklif etdiyi mağazaların adları gülüş doğurub.
Tribunainfo.az xəbər verir ki, vətəndaş Murad Mənsimov yazır ki, ABB endirim təklif etdiyi sözügedən mağazalar pensiyaçı, təqaüdçü, sosial yardım alanlar üçün nəzərdə tutulan mağazalar deyil:
“Deməli, ölkənin ən böyük banklarından olan ABB sosial tərəfdaş lahiyəsi çərçivəsi pensiya,müavinət, təqaüd, ünvanlı sosial yardım alanlara bəzi mağazalara endirimlər təklif edir. Geyim mağazalarına baxıram “Lacoste”, “Tomy Hilfiger”, “Calvin Klein” brendlərinə 5% endirim var.
Bu banka bildirmək istəyirəm ki, sizin həssas kateqariya üçün bahalı brendləri təklif etməyiniz məntiqli deyil. Onsuz da 3-5% endirimi digər banklar hər kəsə kəşbek formasında verməsi sizin lahiyənizin uğurunu sual altına qoyur.
Təklif edirəm ki, ya lahiyəni ləğv edin, ya həssas qruplar üçün büdcələrinə uyğun mağazalarla əməkdaşlıq edin. Təklifimi dəyərləndirib bu rüsvayçılığa son qoyun”.