ABB-nin bonus təklifi yalan çıxdı – Faktbackend

ABB-nin bonus təklifi yalan çıxdı – Fakt

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı” bonus vəd etdiyi kartların müştərilərə bilərəkdən gec çatdırır ki, bonus əldə edə bilməzinlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə bank müştərisi Firuzə Əliyeva məlumat paylaşıb. O qeyd edib ki,
sentyabr ayının əvvəlində sifariş verdiyi Tamkartı dünən çatdırılma ediblər:

“Kartı sifariş verəndə qeyd olunmuşdu ki, xoş gəldin bonusu olaraq 6 manat kəşbek hesablanacaq. Kartı bu gün gətirib çıxardıblar. 2 həftə kart hazırlanar?
Girdim kartı aktiv edim, gördüm yazıblar ki, kəşbekin müddəti artıq bitib. Müştərinin günahıdır ki, kart 2 həftəyə hazır olur? Yığdım çağrı mərkəzinə, düz əməlli cavab vermədilər, çata yazdım, dedilər ki, qayda belədir, kartı almamış kəşbekin müddəti bitir”.

Qeyd edək ki, bu problemlə üzləşən ABB müştəriləri çoxdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar