ABB-NİN BLOKLADIĞI KARTDAN PUL ÇƏKDİLƏR – ŞİKAYƏT

ABB-NİN BLOKLADIĞI KARTDAN PUL ÇƏKDİLƏR – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankın blokladığı bank kartından vəsait çıxılıb.

Tribunainfo.az xəbər verir ki, bu problemlə bank müştərisi Səbuhi Əhliyyətli üzləşib. O bildirib ki, bu barədə bankın ona verdiyi çıxarışda da açıq şəkildə qeyd edilib:

“Kartım bank (ABB ) tərəfindən bloklandıqdan sonra kartdan vəsait çıxıb. Bankın verdiyi çıxarışda açıq aşkar əks olunub. ABB bankın çağrı mərkəzinin və filialının əməkdaşları blokdan sonra vəsaitin çıxılması mümkün deyil deyə bildirir. Ancaq yazılı cavablarında bloklama ilə bağlı heç bir nasazlığın olmamasını bildirir ABB. Verilən cavabda qanunun müddəaları kobud surətdə pozularaq cavablama müddəti nəzərə alınmamış və cavab hüquqi cəhətdən əsaslandırılmamışdır.
Bu biabrçılıq, süründürməçilik və qanunsuzluqdan sonra ABB bank özünə etibar olunmasını düşünürmü görəsən?”.