“Azərbaycan Beynəlxalq Bank” müştərisi bankın onlayn xidmətlərindən şikayətçidir.
Tribunainfo.az xəbər verir ki, bank müştərisi Emin Nəsibovun sözlərinə görə, bank bəzi yeniliklər etsə yaxşı olar:
“Bəlkə yeniliklər edəsiz? Köçürmə etmək üçün əziyyət çəkirik, skan yoxdur. Şəkildən skan etmək olmur. Ancaq kart nömrəsinin oturub 16 rəqəmini də yazmalıyıq ki, hər dəfə köçürmə edə bilək. Sizcə də geridə qalmamısız? Bunu düşünmək lazımdır. Dəyişək inkişaf edək, bəlkə. Diqqətə alın, zəhmət olmasa, ciddi yanaşın”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar