ABB müştəriləri şikayətçidir – “Xəbərdarlıq etmədən hesabdan pul çıxır”backend

ABB müştəriləri şikayətçidir – “Xəbərdarlıq etmədən hesabdan pul çıxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bank” müştəriləri kartlarında olan vəsaiti istədikləri kimi işlədə bilməmələrindən şikayətçidirlər.Tribunainfo.az xəbər verir ki, şikayətçi Miroslav adlı şəxs deyir ki, ABB ona bildirmədən maaş kartından pul çıxır. Halbuki vətəndaş lazım olan ödənişi vaxtında göndərib:

“Mənim bu ayın 27-si ipotekamın ilk ödəniş vaxtı idi, ABB-də hesab nömrəmə tam ödənişi yükləmişəm, ABB isə pulun bir hissəsini hesabdan, 320 manatını isə maaş kartımda olan puldan çıxıb, indi hesabda 320 manat pul qalıb. Mən onu indi karta atmaq istəyirəm, icazə vermir, bankda nagdlaşdırmağa da 0.5% komissiya istəyir.

Birincisi, ABB niyə mənim hesabımda pul ola-ola maaş kartımdakı pulu çəkir? İndi də öz pulumu komissiya ilə qaytarır, ya da gələn ayki ödənişdən çıxaq deyir. Mən niyə öz pulumu istədiyim kimi istifadə edə bilmirəm
Bu necə işdir?”.

Problem yaşayan digər ABB müştərisi Vüsalə Hacıyeva da bildirib ki, bu bankın sistemi də özü kimi işləyir:

“Çalışın cədvəldə göstərilən vaxtdan bir gün öncə ödəniş edin. Sistemləri də özləri kimi işləyir bu bankın. Onsuz nəsə olsa, atacaqlar sistemin üstünə. Biz də ödənişdən əlavə məbləğ ödəmişdik, əsas borcdan silib gecikmə kimi borc yazmışdılar, üstəlik o borc dediklərini əmək haqqı kartından özbaşına bizə xəbər etmədən silmişdilər.
Müqavilədə isə borc yaransa belə bizə yazılı xəbərdarlıq etmədən hesablara toxunma haqqları olmadığını qeyd belə ediblər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar