ABB müştəriləri şikayətçidir: “Bu banka etibar etməyin” – Foto

ABB müştəriləri şikayətçidir: “Bu banka etibar etməyin” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı”nın müştəriləri onlara göstərilən xidmətdən narazıdır. Müştərilər bankın yaxşı xidmət göstərmədiyini, əlavə borclar yazıldığını, hesabdan pul silindiyini deyir.

Tribunainfo.az yazır ki, ABB müştərisi Ramin Daşdəmirov bildirib ki, kreditini ödəsə də, pul hesaba köçmür və gecikmə yazır:

“Kreditimi ödədiyim təqdirdə, pul kredit hesabına köçməyib və adıma gecikmə, faiz gəlib. Və utanmaz-utanmazda zəng edib krediti ödəməyimi tələb edirlər”.

Bankın digər müştərisi Nigar Ramazanova isə məhz bu cür hallara görə ABB-dən imtina edib:

“Mən də o vəziyyətdəydir. Borc-xərc tapıb Tamkartı bağladım”.

ABB-li Elmir Babayev isə kart əməliyyatlarına görə çıxan əlavə limitdən bezdiyini deyir:
“Deməli, ABB kartında bütün əməliyyatlara 5 azn məbləğində limit qoymuşam və bununla hər şey həll olunur sanırdım. Amma 5 azn-lik ödəmə edəndən sonra məndən 10 azn silindi. Çat vasitəsilə əlaqə yaratdım ki, necə olur limitdən artıq pul silinir məndən? Yola verdilər birbaşa. Sizlər də limit qoyduqda hər şey həll olunur sanırsızsa bilin ki, ABB hər dəqiqə pulunuzu hesabınızdan silə bilər, etibar etməyin bu banka”.

Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar