ABB “KRİSTAL ABŞERON”U MƏHKƏMƏYƏ VERDİ, VƏTƏNDAŞI DA EVİNDƏN ÇIXARIR…

ABB “KRİSTAL ABŞERON”U MƏHKƏMƏYƏ VERDİ, VƏTƏNDAŞI DA EVİNDƏN ÇIXARIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı” “Kristal Abşeron” MTK-nı məhkəməyə verib. Bank həmçinin MTK-nın inşa etdiyi binada yaşayan vətəndaşın da mənzilini əlindən alır.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, ABB məhkəmədə MTK və vətəndaş Günəş İsmayılova haqqında iddia qaldırıb.

Ötən ildən başladılan proses bu il də davam edir. İşə hakim
Gülnar Cabbarovanın sədrliyi ilə baxılır.

İşin mahiyyəti ipoteka müqaviləsi üzrə mübahisələr, ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisə və mənzildən çıxarılmadır. Tərəflər arasında növbəti proses 14 avqust tarixində baş tutacaq.