“Azərbaycan Beynəlxalq Bankı” Tam Kart satışı zamanı kartın gizliliyinə riayət etmir, təhlükəsizlik qaydalarını gözləmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə ABB-dən kart alan müştəri Şahin Bəhramzadə yazıb. O bildirib ki, ona verilən kartın üzərindəki bütün kodları bankın əməkdaşları gördü:
“ABB, siz vətəndaşlara kart təqdim edərkən niyə açıq vəziyyətdə verirsiz və bütün məlumatlar açıq aşkar görsənir? Hətta kartın arxasındakı security 3 rəqəm də görünür. Halbuki onu sizin işçiləriniz də görməməlidir. Qabaq zərfin içində verirdilər. Bu təhlükəli deyilmi?”.
Bankın bir başqa müştərisi Zabil Əliyev də bildirib ki, o da bu problemlə üzləşdiyi üçün kartını bloklayıb:
“ABB mənə kartı təqdim edəndə nəinki açıq şəkildə verdi, üsrəlik əməkdaş kartın kserosürətini də çıxarıb yanına qoydu. Bu səbəbdən kartı bloka atdım”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar