ABB kartlarından istifadə edərkən bunları nəzərə alın – Fotobackend

ABB kartlarından istifadə edərkən bunları nəzərə alın – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı”nın taksit kartlarından istifadə edərkən iki dəfə düşünsün.

Tribunainfo.az xəbər verir ki, bu barədə xəbərdarığı ABB kart istifadəçisi Tural Hüseynov edib. O qeyd edib ki, ABB-nin əlaqəsiz və bərbad sistemi var:

“ABB-nin taksit kartından ayda 2 dəfə istifadə etməyin. Konkret əlaqəsiz sistemləri var. Mənim bir taksit borcum, iki güzəştli ödəniş borcum vardı. İlk taksiti ödədim. Bir gün yarım gözlədim silsinlər. Ondan sonra iki güzəştli ödənişi ödədim. Yuxulu sistemləri güzəştli ödənişin birini silib, digərini taksit borcundan sildi. Vallah, heç yerdə belə sistem yoxdur. Zəng edib danışanda da, sistem onu silib geri qaytarma edə bilmərik, deyirlər. Hər şey cəhənnəm, borcu da aylardan silmir, ümumi cəm ödənişdən silir. Yəni sən gələn ay yenə ödəməlisən. ABB taksit kartından istifadə edərkən iki dəfə düşünün”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən