“ABB” kartı müştərisini xarici ölkədə pis vəziyyətdə qoydu – Şikayətbackend

“ABB” kartı müştərisini xarici ölkədə pis vəziyyətdə qoydu – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən 15 may tarixində Dubayda otel üçün “Azərbaycan Beynəlxalq Bank” (ABB) mile kartından ödəniş etmişəm, amma mile hesablanmayıb. Mən həmin kartı alanda ABB-nin əməkdaşlarından dəfələrlə soruşdum və dəstək komandasına da yazdim, dəfələrlə soruşdum, dedilər ki, kredit ödənişləri, mobil operator ödənişləri, hökumət ödənişləri, kart transfer ödənişləri, qisacası pərakəndə tipli əməliyyatlar zamanı hesablanmır. Amma indi ABB-nin əməkdaşları (937) mənə deyir ki, MCC kodu düzgün deyil deyə hesablanmayıb”.

Tribunainfo.az xəbər verir ki, belə bir problemlə ABB kart istifadəçisi Orxan Mehdiyev üzləşib. O bildirib ki, ABB öz səhvini onun üzərinə atmağa çalışır:

“Birincisi, o mənim problemim deyil, çünki mən otel ödənişi etmişəm, kommunal, operator ya vergi ödəməmişəm. 2-ci MCC kodu söhbəti var idisə, sizin müqavilədə niyə qeyd olunmayıb? 3-cüsü, mən haradan bilə bilərəm ki, o otel hansı MCC kod ilə qeydiyyatdan keçib? Sizin əməkdaşların sözündən belə çıxır ki, otelə gedəndə ödənişdən qabaq birinci MCC kodunu öyrənmək lazim idi. Zəhmət olmasa, mənə tam aydın şəkildə izah verin”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman