ABB ilə xaricə pul köçürmək istəyənlərin NƏZƏRİNƏ

ABB ilə xaricə pul köçürmək istəyənlərin NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Beynəlxalq Bankı” vasitəsilə xaricə pul köçürmək istəyən bank müştərisi üzləşdiyi çətinlik barədə yazıb.

Tribunainfo.az xəbər verir ki, şikayətçi Amil Həsənli üzləşdiyi problemi Feysbukda ictimailəşdirib:

“Şikayətim ABB-dəndir, xaricə pul köçürmə üçün yalnız onlayn növbə ilə bankda növbə götürmək olurmuş. Bu problem deyil, problem odur ki, bu növbə ancaq bir saatdan bir olur, saat 3-ə işləmiş 5 dəqiqə filiala yaxınlaşmışam, deyir, bu günə olan növbələr bitib.

Bankdakı növbə terminalından bu xidmət üçün ümumiyyətlə növbə götürmək mümkün deyil. Onlayn növbə isə ancaq 1 saatdan bir olur, bu o deməkdir ki, saat 2-dən sonra yalnız 3 nəfərə xidmət göstərə bilərlər.
Çox bərbad və müştəri məmnuniyyəti düşünülmədən qurulan sistemdir”.

A.Həsənlinin açdığı şikayət postuna ABB-nin reaksioyası gecikməyib. Bank baş verən çətinliyə görə təəssüf etdiyini bildirib:

“Anlayırıq ki, onlayn növbə sistemində yaranan məhdudiyyətlər xidmətlərimizdən tam məmnun qalmağınıza mane olur. Məsələ ilə bağlı müraciətiniz müvafiq şöbəyə yönləndirilib”.

Gülşən Rəsul