ABB bankomatları kartları udur – Foto

ABB bankomatları kartları udur – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist İlqar Rəsul sosial şəbəkədə ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) məxsus bankomatlarla bağlı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, son günlər bu bankın bəzi bankomatları müştərilərin kartlarını “udmaqla” gündəmdədir.

Tribunainfo.az xəbər verir ki, İ. Rəsul əlavə edib ki, iki gün əvvəl “20 Yanvar” metrosu yaxınlığındakı böyük Bravo marketin qarşısındakı ABB bankomatından pul çıxarmaq istəyib:

“Kartı bankomatın yuvasına salan kimi, yaxınlıqda dayanan bir qadın dərhal dedi ki, ‘vsyo, sizin də kartı uddu’. Məlum oldu ki, həmin xanımın da kartını eyni bankomat udub və o, telefonla bankla danışa-danışa izləyirmiş ki, mənim də kartım getsin, ya yox”.

İlqar Rəsulun sözlərinə görə, bankla əlaqə saxladıqdan sonra ona bildirilib ki, məsələ 7 iş günü ərzində araşdırılacaq. Bu müddətdə o, kartdan istifadə edə bilməyib.

“Həmin gün 4 nəfərə xəbərdarlıq etdim ki, kartı bankomata salmasınlar. Səhəri gün isə başqa bir ABB bankomatının daha bir xanımın kartını udduğunu gördüm. Dərhal ona da 937-yə zəng etməyi məsləhət gördüm”, – deyə o əlavə edib.

 

Jurnalist bildirir ki, bu hallar artıq təsadüfi görünmür və bank tərəfindən rəsmi xəbərdarlığın edilməməsi suallar doğurur:

“Əgər bu bankomatlarda problem varsa, niyə ABB rəsmi xəbərdarlıq yaymır?”.

İlqar Rəsul sonda vətəndaşlara ABB bankomatlarından istifadə zamanı ehtiyatlı olmağı tövsiyə edir və bu problemi yaşayanların bankın 937 Çağrı Mərkəzi ilə əlaqə saxlamasını məsləhət görür.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Rəsul