Tribunainfo.az xəbər verir ki, “AAAF-İnşaat”la bağlı iddianı bu dəfə “Azərbaycan Beynəlxalq Bankı” qaldırıb. MMC ilə yanaşı prosesə cavabdeh qismində Hüseynzadə Ruslan İzzət oğlu və Hüseynov Təyyar Vəliağa oğlu da cəlb edilib.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Bank kredit müqaviləsi üzrə yaranmış mübahisə səbəbindən MMC-ni məhkəməyə verib.
İşə 4 noyabr tarixində Abşeron rayon Məhkəməsində baxılacaq. Iş hakim Elman Məmmədovun icraatındadır.
Qeyd edək ki, “AAAF İnşaat”ın rəhbəri Tofiq Heydərovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar