Abasovdan ikinci məğlubiyyətbackend

Abasovdan ikinci məğlubiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şahmat üzrə İddiaçılar Turnirində V turun oyunları keçirilib.

Tribunainfo.az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Dommaradju Qukeşlə qarşılaşıb.

Təmsilçimiz hindistanlı rəqibinə qarşı qara fiqurlarla oynayıb. Nicat Torontoda ikinci məğlubiyyətini alıb.

İddiaçılar Turniri
V tur, 9 aprel

Alireza Firuzya – Hikaru Nakamura – 0:1
Dommaradju Qukeş – Nicat Abasov – 1:0
Vidit Santoş Qujrati – Fabiano Karuana – 0,5:0,5
Rameşbabu Praqnanandja – Yan Nepomnyaşi – 0,5:0,5

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Yan Nepomnyaşi (FİDE) – 3,5, 3. Fabiano Karuana (ABŞ) – 3, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 2,5, 5. Hikaru Nakamura (ABŞ) – 2,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 2, 7. Nicat Abasov (Azərbaycan), 1,5, 8. Alireza Firuzya (Fransa) – 1,5.

Qeyd edək ki, Abasov VI turda Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək. Təmsilçimiz yenə qara fiqurlarla oynayacaq.