backend

ABADLIĞA EHTİYACI OLAN “BƏDO” BULAĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı gəncləri adından TİA.AZa məlumat daxil olub.  

İsmayıllı gəncləri adından TİA.AZ-a məlumat daxil olub. 

Onlar rayonun girişində yerləşən müalicəvi əhəmiyyətə malik, təmizliyi normadan belə yüksək olan “Bədo” bulağının abadlaşdırılması üçün İcra Hakimiyyətinə müraciət hazırlayıb. Müraciəti təqdim edirik:


İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova:


Hörmətli Mirdaməd bəy, İsmayıllı rayon gəncləri adından Sizə müraciət edərək bildirmək istəyirik ki, rayonun girişində olan müalicəvi əhəmiyyətə malik “Bədo” içməli su hövzəsinin, eləcə də orada yerləşən bulağın ətrafında abadlıq işlərinin aparılmasına, insanların istirahəti üçün uyğun infrastruktur yaradılmasına ciddi zərurət vardır. Hazırda bulağın yolu bərbad vəziyyətdədir, ərazidə işıqlandırma sistemi yoxdur, sanitar obyektlərin təmirə ehtiyacı vardır.

Yaz-yay fəslinin gəlişi ilə əlaqədar olaraq, rayona istirahət etməyə gələn turist axını artır və adətən turistlərin rayonda ilk getdikləri, gördükləri yer, ilk təəssüratları “Bədo” bulağı olur. Gün ərzində yüzlərlə insan, yerli əhali və turist istirahət etmək və sərin su içmək üçün bu bulağa baş çəkir.
Qeyd olunanları nəzərə alaraq, İsmayıllı gəncləri adından sözügedən məsələlərin həllini tapması istiqamətində tədbirlərin görülməsi üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.

Qeyd edək ki, Bədo – Basqal turizm zonasına aiddir. Mineral su mənbəyi “Bədo” suyu xlorlu hidrokorbinat-natrium tipinə aiddir. Böyrək, mədə-bağırsaq və öd kisəsində xəstəliyi olan insanlar köhnəlmiş yumurta iyi verən bu sudan içib şəfa tapır, həmçinin, bu su həzm prosesinə də kömək edir.

AMEA-nın Geologiya İnstitutu bu bulağın suyunun tərkibi öyrənib. Laborator analizin nəticəsindən aydın olub ki, bu, hidrokarbonatlı, kükürd qazlı (H2S) mineral sudur. Lakin suyun tərkibində natrium, kalsium və xlor normadan çoxdur.
Suyun tərkibində bu çoxluq göstəriciləri ziyanlı deyil, yerin müxtəlif suxur qatlarından tektonik çatlar vasitəsilə keçib gələn sudakı digər komponentlər onun nəinki ziyanını aradan qaldırır, hətta xeyrini artırır.

İsmayıllı əhalisi Bədonu iyinə görə Dəvəçi rayonundakı Qalaaltı quyusunun suyu ilə eyni tipli hesab edir. Lakin alimlər onların tərkibində xeyli fərqlərin olduğunu qeyd edir. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr – fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, Bədoda isə yoxdur. Bu cür fərqlər çoxdur. Amma oxşar cəhədlər də istisna deyil.
Ölkəmizdəki bütün termal və mineral sular kimi Bədo suyunun da Yerin hansı dərinliyində və nə vaxt formalaşdığı məlum deyil. Alimlərimiz bu istiqamətdə böyük səylə tədqiqatlar aparsalar da hələ dəqiq nəticə əldə olunmayıb.
“Köhnəlmiş yumurta qoxusu” verən kükürd qazı mövcud olan Bədoda suyun temperaturu 15 dərəcədir. Bədo suyunun tərkibində yod yoxdur. Bu da sudan kortəbii istifadə etdikdə diş və damaq xəstəliklərinə səbəb olur.


İlahə