Avropa İttifaqının 10 ölkəsi mədən yanacaqları ilə bağlı razılığa gəlib. Tribunainfo.az xəbər verir ki, müvafiq olaraq, ölkələr 2035-ci ilə qədər elektrik enerjisi sistemindən qalıq yanacaqları aradan qaldırmağı öhdələrinə götürüblər.
Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsal potensialının 60 faizindən çoxunu təşkil edən on ölkə 2035-ci ilə qədər və ya daha tez elektrik sistemlərindən qalıq yanacaqları çıxarmağı öhdəsinə götürüb.
Müvafiq olaraq, Avstriya, Danimarka, Belçika, Fransa, Almaniya, Yunanıstan, İtaliya və Hollandiya, Litva və Lüksemburq 2035-ci ilə qədər elektrik enerjisi sistemindən qalıq yanacaqları aradan qaldırmağı öhdələrinə götürüblər.