AB-DƏN BÖYÜK ƏRZAQ BÖHRANI XƏBƏRDARLIĞI

AB-DƏN BÖYÜK ƏRZAQ BÖHRANI XƏBƏRDARLIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ-nin ali nümayəndəsi Josep Borrell bəyan edib ki, Rusiya nəinki taxıl sazişindən çıxıb, həm də Ukrayna limanlarını bombalayıb və taxılı yandırıb. “Bu, dünyada böyük bir ərzaq böhranına səbəb olacaq”, – Borrell xəbərdarlıq edib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Brüsseldə keçiriləcək AB Xarici İşlər Nazirləri toplantısından əvvəl jurnalistlərə açıqlama verən Borrell, Ukraynadakı vəziyyətin əsas gündəm maddələri arasında olduğunu bildirib.

Rusiyanın hərəkətlərini “barbarcasına” adlandıran Borrell, “Bu, dünyada böyük bir qida böhranına səbəb olacaq ” deyib.

Ukrayna xarici işlər naziri Dmitro Kulebanın da görüşə videokonfrans vasitəsilə qoşulacağını qeyd edən Borrell, uzunmüddətli perspektivdə Ukraynaya necə dəstək veriləcəyini müzakirə edəcəklərini bildirib.