AAYDA ilə Xəzər İH sakinləri süründürür

AAYDA ilə Xəzər İH sakinləri süründürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərbad vəziyyətdə olan Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu və Nizami küçələrindəki yol probleminin həllini Xəzər rayon İcra Hakimiyyəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bir-birinin üstünə atır.

Tribunainfo.az xəbər verir ki, bu problemin həlli üçün hər iki dövlət qurumuna

Buzovna qəsəbə sakini Kəmalə Kərimli müraciət edib. O, bərbad vəziyyətdə olan qəsəbə yollarının təmiri üçün icra hakimiyyəti və agentlikdən kömək istəsə də, heç bir dövlət qurumu qəsəbəyə yol çəkməkdə maraqlı olmayıb.

Şikayətçi hər iki dövlət qurumuna yazılı müraciət edib:

“Xəzər rayon İcra Hakimiyyətindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayətçiyəm. Mən də bir vətəndaş olaraq, payız-qış aylarında yağan yağış ucbatından bərbad vəziyyətə düşmüş və demək olar ki, gəziləsi mümkün olmayan Buzovna yollarına asfalt örtüyün çəkilməsi üçün Xəzər rayon İcra Hakimiyyətinə ərizə yazdım.
İcra hakimiyyətindən mənə məktub göndərildi ki, bu işə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi baxır və bu şikayəti onlara yönləndirin.
Ərinmədim və agentliyə də eyni formada şikayətimi bildirdim. Və onlar da mənə məktubla geri dönüş etdilər ki, bu küçələr agentliyin “mülkiyyətində” olmadığından təmir oluna bilməz. Bir ildir heç bir dəyişiklik yoxdur!
Bu küçələr kimin “mülkiyyətidir” bəs? Niyə bu şikayəti bir-birinizin üstünə atırsınız?? Niyə heç kim yollarla bağlı bir tədbir görmür? Bu asfalt yolların çəkilməsi kimin öhdəliyindədir bəs?”.

Tərəfləri dinləməyə hazırıq.

Nigar