Xırdalanda yerləşən “AAAF Park” Yaşayış Kompleksində problemlər davam edir. Xırdalanda yerləşən “AAAF Park” Yaşayış Kompleksində problemlər davam edir.
TİA.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq bir neçə saatdır, kompleksin sakinlərinin çoxu işıq və su üzünə həsrətdirlər.
Sakinlərə 2-3 saata elektrik enerjisinin veriləcəyi deyilsə də, hələ də məsələ yoluna qoyulmayıb. Bəzi binalarda elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə binada problem həll edilməyib.