Xırdalan qəsəbəsində yerləşən “AAAF Park” sakinləri uzun illərdir yaşadıqları mənzillərinin çıxarışını (kupça) ala bilmirlər. Bu problem sakinləri ayağa qaldırıb.
Tribunainfo.az xəbər verir ki, narazılığını Feysbukda ictimailəşdirən sakin Zümra Şakir bildirib ki, kupça ala bilmədiklərinə görə də qeydiyyata düşə bilmirlər:
“Biz illərdir kupça ala bilmirik. Qeydiyyata düşmək olmur. 10 ildən çoxdur mənzil təhvil verilib, amma kupçamızı ala bilmirik. “AAAF Park” şirkəti camaatı boğaza yığıb, bizi bezdirib.
Yay boyu suyla bağlı problemlərimiz oldu, aylıq kamunal pulu yığılıb sakinlərdən, 20 manat ödəniş edirik, amma məhəllə üçün heç bir iş görülmür. Pullar hara, niyə yığılır bilinmir.
Buradan ev alarkən çox sözlər verilmişdi. Kupça olacaq, məhəllənin gözətçisi olacaq, binalar, məhlə təmiz səliqəli olacaq kimi sözlər verilirdi. Heç bir sözə əməl olunmadı”.
Qarşı tərəfin mövqeyini işıqlandıramağa hazırıq.
Gülşən Rəsul