“AAAF Park” cərimələndi

“AAAF Park” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AAAF Park” MMC barəsində cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, “AAAF Park” İnzibati Xətalar Məcəlləsinin elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan 279.0.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

“AAAF Park”ın işinə 19 mart tarixində Abşeron Rayon Məhkəməsində hakim əmilə Səfiyevanın sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar