“AAAF-İnşaat” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozduğu məlum olub.
Belə ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“AAAF-İnşaat”la bağlı başladılmış iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Iş hakim Şəfəq Məmmədovanın icraatındadır.
Qarşı tərəfi dinləməyə hazırıq.
Adil