“A-Group” sığorta şirkəti ilə bağlı məhkəməyə müraciət olub.
Tribunainfo.az xəbər verir ki, sığorta şirkəti ilə bağlı iddianı “Garage Rent a Car” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “A-Group” sığorta şirkəti sığorta müqaviləsinin şərtlərinə əməl etməyib.
Şirkətlə bağlı işə növbəti ilin 9 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “A-Group” sığorta şirkətinin Direktorlar Şurasının sədri Sabir Adnayevdir. Şirkətin İdarə Heyətinin sədri isə Məmməd Atakişiyevdir.
Tərəfləri dinləməyə hazırıq.
Roman