İLHAM ƏLİYEV KOMANDASINI GÜCLƏNDİRİR – SON İKİ TƏYİNATIN SİRRİ…backend

İLHAM ƏLİYEV KOMANDASINI GÜCLƏNDİRİR – SON İKİ TƏYİNATIN SİRRİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev imzaladığı iki sərəncamla Xalid Əhədov və Andrey Sipilini Birinci vitse-prezidentin köməkçisi vəzifəsindən azad edib. Dövlət başçısının imzaladığı digər sərəncamla isə hər iki şəxs Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Tribunainfo.az-ın məlumatına görə, Prezidentin növbəti dəfə yüksək vəzifələrə gənclərin gətirilməsi yüksək qiymətləndirilib. Xüsusilə gənc, perspektivli, xarici təhsil almış şəxsləri prezidentin öz ətrafına yığması həm də onu göstərir ki, ölkə başçısı bununla komandasını daha da gücləndirir. Uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradır. Dövlət idarəetmə sistemində son dövrlər gənc kadrlara rəhbər korpusda yüksək etimadın göstərilməsi təqdirəlayiq haldır. Gənc kadrlara etimadın artması ölkə gəncliyinin stimullaşdırılması baxımından da əhəmiyyətlidir.
Xatırladaq ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. Keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur. O, Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilən Andrey Vladimiroviç Sipilin də 2019-cu ildən bu günədək Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.
O, 1995—1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000—2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000—2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə təhsil alıb.
2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004—2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.
Onu da qeyd edək ki, Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın yeganə övladıdır. O, milliyətcə yahudidir.

Nigar

Tribunainfo.az