backend

99 illik müddət bitdi: Bakı İrəvanı geri istəyəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1918-ci ildə Bakını xilas etmək üçün İrəvanı Ermənistana güzəştə getdik. 

1918-ci ildə Bakını xilas etmək üçün İrəvanı Ermənistana güzəştə getdik.

Bu sözləri Axar.az-a Azərbaycan Xalq Cümhuriyyəti tarixinin tədqiqatçısı, tarixçi alim Nəsiman Yaqublu 1918-ci ildə İrəvanın Ermənistana güzəştə getməsi ilə bağlı imzalanan protokol haqqında danışarkən deyib.

“Bu protokolun imzalanması məcburi atılan bir addım idi. Çünki o dövrdə Azərbaycan istiqlalını elan etsə də, çox pis vəziyyətdə idi. Yəni istiqlal elan edilməsinə baxmayaraq, hökumət yalnız Gəncəyə gəlib çıxa bilmişdi. Bakını azad edib qorumaq üçün demək olar ki, bizim silahlı qüvvələrimiz yox idi. İki istiqamətdə döyüş aparacaq gücə malik deyildik. Bizə həmin dövrdə Bakını azad edib, Azərbaycanın paytaxtı olduğunu dünyaya çatdırmaq lazım idi.

Burada mövcüd olan 14 minə yaxın silahlı qüvvə – erməni daşnaklar, ruslar və digər qüvvələr Bakını ayıraraq ayrıca bir quberniya kimi saxlamaq və Rusiyanın bir əyalətinə çevirmək istəyirdilər. Biz də həmin dövrdə Bakı uğrunda mübarizəyə başladıq və Osmanlı ordusu da köməyə gələndə İrəvanı deyil, Bakını xilas etməyə gəldiyini bildirmişdi. 1918-ci il imzalanan müqaviləyə əsasən, başda Nuru Paşa olmaqla, Qafqaz İslam Ordusu Bakını və Bakıətrafı əraziləri xilas etdi. İrəvan isə tamamilə kənarda qaldı. İrəvan məsələsi bizdən asılı deyildi, yəni böyük dövlətlərin də burda maraqları var idi. İngilislər Azərbaycanın İrəvanı ermənilərə verməsində israr edirdilər, Türkiyə isə Gümrünu Ermənistana vermək istəmirdi.

Ona görə də bu məcburiyyətdən atılan addım idi. Bunu Milli Şuranın iclasında Fətəli Xan Xoyski də demişdi”, – Nəsiman Yaqublu bildirib.

Siyasi ekspert Fərhad Mehdiyev isə bu protokolların yenidən gündəmə gəlib, reallaşmasının mümkünsüz olduğunu bildirib:

“Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Ermənistan və Gürcüstan ilə birgə Zaqafkaziya Sosialist Respublikasını qurub. Daha sonra SSRİ-yə daxil olub. Habelə Azərbaycan BMT-yə və Avropa Şurasına üzv olduqda Ermənistanın ərazi bütövlüyünə etiraz etməyib. Bu səbəblə İrəvan bizə geri verilməlidir etirazı çox da əsaslı olmayacaq.

Həm də İrəvanın icarəyə verilməsi yox, bu protokolun özü 99 illikdir. Beynəlxalq hüquq qaydalarına əsasən İrəvanı indi geri istəmək çətin məsələdir”.

Qeyd edək ki, Müsəlman Milli Şurasının Tiflis şəhərində keçirilən 29 may 1918-ci iclasının 3 №-li protokoluna əsasən, İrəvan Ermənistana 99 il müddətinə güzəştə gedildi. Bu il isə həmin protokolun qüvvədəqalma müddəti bitir.