92 yaşlı milyarder nişanlandıbackend

92 yaşlı milyarder nişanlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
92 yaşlı amerikalı milyarder Rupert Merdok 66 yaşlı Ann Lesli Smitlə nişanlandığını açıqlayıb.
Merdok “New York Post№ maqazin yazarı Sindi Adamsa gələcək həyat yoldaşı ilə sentyabr ayında Kaliforniyanın Bel Air şəhərindəki Moraga Estate üzüm bağını ziyarət edərkən tanış olduğunu söyləyib.
Merdok deyib: “Çox həyəcanlı idim. Mən aşiq olmaqdan qorxdum, amma bunun sonuncu dəfə olacağını bilirdim. Mən xoşbəxtəm”.
Cütlük bu yayın sonunda evlənməyə hazırlaşır.
“İkimiz də həyatımızın ikinci yarısını birlikdə keçirməyi səbirsizliklə gözləyirik”,- Merdok bildirib.
Smit daha əvvəl 2008-ci ildə vəfat edən müğənni və teleradio rəhbəri Çester Smitlə evli olub. 66 yaşlı gəlin namizəd deyib ki, o və “Fox News” və “The Wall Street Journal” kimi nəşrlərin sahibi olan Merdok media sənayesi haqqında ortaq bilikləri bölüşürlər.