9 yaşlı uşağın üzünə bibər qazı vuraraq onu xəstəxanalıq edən 30 yaşlı şəxs həbs edilib.
Tribunainfo.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində yaşanıb. 9 yaşlı Yusuf Emir tanımadığı şəxsin hücumuna məruz qalıb. Belə ki, uşaq qapılarında oturarkən ona velosipedlə bir şəxs yaxınlaşıb. O, uşaqdan “Trabzonsporlusan?” deyə soruşub. Uşağın hə cavabından sonra 30 yaşlı şəxs onun üzünə bibər qazı sıxaraq qaçıb.
Xəstəxanaya aparılan uşaq müayinə olunub. Polis tez bir zamanda uşağa hücum edən şəxsin kimliyini müəyyən edə bilib. 30 yaşlı Veysəl adlı şəxsin bundan əvvəl də bu cür əməllərə görə həbs olunduğu məlum olub. Veysəl növbəti dəfə həbs edilib.