“ATEF Şirkətlər Qrupu” MMC son bir ildə 9 milyon manata yaxın vergi borcu ödəyib.
Qaynarinfo-nun məlumatına görə, ötən ilin sentyabr ayında “ATEF Şirkətlər Qrupu” MMC-nin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1090251.71 qəpik vergi borcu var idi. Şirkətin hazırda dövlətə olan vergi borcu 932036.67 manat təşkil edir.
Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.
“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir.
Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov olsa da, qurumun qanuni təmsilçisi, onun oğlu Əlixanbəyov Emil Talıb oğludur. Sözügedən borca görə şirkət rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulmuşdu.