9 kəndin elektrik xətti üçün 11 milyon manat xərclənəcək

9 kəndin elektrik xətti üçün 11 milyon manat xərclənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərişıq” ASC Qarabağın bir neçə kəndinin elektrik təchizatını tam qurmaq üçün tender elan edib. Tribunainfo.az xəbər verir ki, ötən həftə elan edilmiş tenderə əsasən Ağdərə və Xocalı rayonlarının 9 kəndinin elektrik təchizatı tam həyata keçiriləcək.

Məlumatda deyilir ki, həmin kəndlər Ağdərə rayonu Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalı rayonu Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndləridir.

Qeyd edək ki, “Azərişıq” bu işlərin görülməsinin 11 milyon 201 min 656 manata başa gələcəyini ehtimal edib. Elə bu qədər də vəsait ayırmağa hazır olduğunu bildirib. Yəni, tenderi udan şirkətlə aşağı-yuxarı bu qiymətə razılaşma əldə olunacaq.

Maraqlıdır ki, siyahıda adı olan Ballıca kəndində hazırda yaşayış var və əhalinin ora köçürülməsi bir xeyli əvvəl baş verib. Orada elektrikin olması da dəqiqdir. Bəs, belə olan halda “Azərişıq” nəyi yenidən qurmaq istəyir?

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur