Tribunainfo.az-ın xəbərinə görə, Pekin Bələdiyyəsinin Meteoroloji Rəsədxanasından verilən açıqlamada, Pekində hava istiliyinin rəsədxananın qurulduğu 1951-ci ildən bəri ilk dəfə iki gün ardıcıl olaraq 40 dərəcə Selsi keçdiyi bildirilib.
Pekində son 9 ildə ilk dəfə yüksək hava istiliyinə görə xəbərdarlıq edilib.
Təxminən 22 milyon əhalisi olan Pekində hava istiliyi ötən gün bir şəhərdə 41,8-ə çatıb və iyun ayında şəhərin rekordunu qırıb.
Pekin Meteoroloji Rəsədxanası 1951-ci ildən bəri şəhərdə müşahidə edilən ən yüksək temperaturun 24 iyul 1999-cu ildə 41,9 dərəcə Selsi olduğunu açıqlayıb.
Digər tərəfdən, isti dalğası ötən həftədən etibarən Tyanjin şəhəri, Hebey və Şandunq əyalətlərinə, eləcə də Pekinə də təsir edib. Çin Meteorologiya İdarəsinin dünən verdiyi açıqlamada ölkənin şimalında yüksək temperaturun yaxın 10 gün ərzində davam edəcəyi bildirilib.