İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya, daha sonra isə Livana təşkil etdiyi hücumlarda 890 əsgər ölüb, 12 min əsgər isə yaralanıb.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin keçmiş baş nazir Yair Lapid açıqlama verib.
İsrailin Kanal12 televiziyasına danışan Lapid, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun verdiyi itkilərə görə hökumətin məsuliyyət daşıdığını bildirib.
Keçmiş baş nazir:
“Baş nazir Bünyamin Netanyahunun ifrat sağçı administrasiyası heç bir şey etməsə, daha çox İsrail əsgəri həlak olacaq.11 min əsgərin yaralandığını, 890 əsgərin öldüyünü də gözardı etmək olmaz” deyə bildirib.
O, öz sözləri ilə hakimiyyəti tənqid edib.