İzmirin Karşıyaka rayonunda nəvəsi tərəfindən bıçaqla yaralanaraq girov götürülən 86 yaşlı qadın polisin müdaxiləsi ilə xilas edilib.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, xüsusi Əməliyyat Polisi təcavüzkarı evin eyvanına çıxarkən əlində bıçaqla yaxalayıb.
İzmirin Karşıyaka rayonunda ruhi vəziyyətinin qeyri-sabit olduğu iddia edilən şəxs girov götürdüyü nənəsini boynundan bıçaqla yaralayıb. Xüsusi Əməliyyat Polisi təcavüzkarı yaxalayarkən, yaşlı qadın xəstəxanaya aparılıb.
Xəbərdarlıq üzərinə çoxlu sayda polis məmuru və 112 Təcili Tibbi Yardım qrupu ünvana göndərilib. Polis qrupları ünvana getdikdə evin döşəməsində uzanmış vəziyyətdə çoxlu qan itirdiyi görünən bədbəxt qadın aqressiv nəvəsi digər otağa keçən kimi xilas edilərək həkim qruplarına təhvil verilib.