“Seçki qərargahımız demək olar ki, gecə saat 12:00 kimi fəaliyyət göstərir. Seçki prosesində heç bir maneə rast gəlməmişik”. Bunu Tribunainfo.az-a 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən Milli Cəbhə Partiyasının deputatlığa namizədi Ehtiram Mehdiyev deyib. Onun sözlərinə görə, çoxları təbliğat-təşviqat kampaniyası vaxtı rayona gəlir, camaatla görüşür, amma o, illərdir camaat arasında olduğunu bildirir:
“15 illik siyasi təcrübəm var. 5 il də parlament təcrübəsi qazanmışam. Bu illər ərzində xalqın yanında oldum. Xalqın adamı oldum. Xalqdan biri oldum. Mən təbliğat aparmıram, vəd də vermirəm. Mən illərdir gördüyüm işin hesabatını verirəm. Ümumiyyətlə vətəndaşlarla işləmək mənə zövq verir. Hər kəsin bir işi bir amalı var, mənim də işim budur”.
E.Mehdiyevun sözlərinə görə, 2020 -ci il pandemiyanın ağır günlərində yüzlərlə İmişlidən olan xəstələrin klinikalara yerləşdirilməsinə köməklik göstərib: “44 günlük vətən müharibəsində yüzlərlə şəhid ailəsinin, qazinin, yanında oldum onların qayğıları və problemləri ilə məşğul oldum.
Demək olar ki, bütün şəhid dəfnlərində iştirak etmişəm. Onların yas mərasimlərində olmuşam. 10 şəhid valideyinin səhhətində ciddi problem yaranmışdı. Onların çətin və ağır əməliyyatını həyata keçirmişəm. Beş müharibə iştirakçısını Türkiyədə əməliyyatına səbəbkar olmuşam.
Yüzlərlə qazinin müalicəsi üçün xəstəxanalarda saatlarla gözləmişəm. Rayonda yüzlərlə əlilliyi olan şəxslərə əlil arabası ilə təmin etdirmişəm. Yüzlərlə adamı işlə təmin olunmasına köməklik göstərmişəm. Mətbuatda və sosial şəbəkələrdə rayonun problemləri ilə bağlı yazılar yazmışam.
Davamını gətirə bilərəm. Bütün bu məsələlərlə bağlı mənim statistik qeydlərim var. Əksəriyyətini sosial şəbəkələrdə paylaşmışam. Məqsədimiz rayonun inkişafına və tərəqqisinə xidmət etməkdir”. Qeyd edək ki, bu dairədən YAP-ın namizədi Səyyad Arandır. Həmçinin, AMİP-in İmişli təşkilatının sədri Tapdıq Həsənovdur.
Rəsul