backend

800 nəfər dərmandan zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı il Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə stasionar şöbəsinə 2200 xəstə qəbul olunub. 

2016-cı il Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə stasionar şöbəsinə 2200 xəstə qəbul olunub.

Səhiyyə Nazirliyindən TİA.AZ-a verilən məlumata görə, bunlardan 800 nəfər – dərman, 500 nəfər – dəm qazı, 300 nəfər isə yandırıcı məhlulun qəbulu nəticəsində zəhərlənmə ilə əlaqədar olaraq kəskin ağır, ağır və orta ağır dərəcədə şöbəyə daxil olublar. 90 xəstə ilan sancması, 250 nəfər isə kəskin allergik reaksiya ilə mərkəzə müraciət edib.

Allergik reaksiyalarla daxil olmada ötən illərlə müqayisədə 2,5-3 dəfə azalma müşayiət olunub. 2016-cı ildə KTM-in Toksikologiya şöbəsinə ambulator qaydada 3000-dən çox xəstənin müraciət etdiyi, hər birinə vaxtında zəruri müayinə və operativ müalicə tədbirlərinin tətbiq edildiyi bildirildi.