80 saylı Lerik-Astara Seçki Dairəsində 10 namizəd var. 10 namizədin 9-u mənə qarşı, bəzən aşkar, bəzən də gizli təbliğat aparırlar. Bu sözləri Tribunainfo.az-a 80 saylı Lerik-Astara Seçki Dairəsindən Müsavat Partiyasının deputatlığa namizədi Tahir Hüseynov deyib. O bildirib ki, namizədlərin heç biri ona rəqib deyil: “80 saylı Lerik-Astara Seçki Dairəsində 10 namizəd – Mehti Ağagülov, Nurəddin Hacıyev, Cavid Məmmədov, Şahlar Məmmədov, Aydan Mirzəzadə, Mehriban Paşayeva, Vasif Qafarov, Elman Rəcəbov, Təyyar Yəhyayev və mən mübarizə aparırıq. Ancaq onlardan heç birini özümə rəqib görmürəm.
Bilirsiniz ki, bu dəfəki seçki kampaniyası, seçki üçün çox da uğurlu olmayan bir zamanda, qızmar yay günlərində keçir və diqqətinizə çatdırım ki, seçki dairələrindən 80 saylı Lerik-Astara Seçki Dairəsi ən geniş əraziyə malik bir coğrafiyada yerləşır. Ucqar bir dağ rayonunda, belə bir qısa zamanda, təbliğat məqsədiylə 200-ə yaxın kəndi gəzmək mümkünsüz olsa da yenə çalışırıq ki, heç olmazsa əhalisi çox olan yaşayış məntəqələrinə mütləq baş çəkək, özümüzü təqdim edək, ərazinin problemləriylə, insanları narahat edən məsələlərlə tanış olaq.
Bildiyiniz kimi, 80 saylı dairədə 10 namizəd var. 10 namizədin 9-u mənə qarşı, bəzən aşkar, bəzən də gizli təbliğat aparırlar. Çünki başqa deyəcək, insanların narazı çıxışlarını dinləmək, problemlərinin səbəbini və həlli yollarını dilə gətirmək cəsarətini özlərində tapmırlar. Yalnız müxalifətin nümayəndəsini pisləmək, müxalifətin nümayəndəsindən uzaq durun kimi ucuz çıxışlarla kifayətlənirlər. Doğrusu onların bu ucuz davranışı bizim xeyrimizə işləyir və insanlar bizə daha çox maraq göstərir, diqqət mərkəzində saxlayırlar. Getdiyimiz hər yerdə bizi gülərüzlə və mehribanlıqla qarşılayırlar. Ona görə də dairədə olan namizədlər protokol qaydalarına görə bizə rəqib sayılsalar da, gerçəklikdə rəqib deyillər”.
Roman