8 yaşlı uşaq dəhşətli şəkildə öldübackend

8 yaşlı uşaq dəhşətli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıyamanın Samsat rayonunda Atatürk Barajı gölünə düşən 8 yaşlı İrem Su İnan boğularaq ölüb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, Qurban bayramı üçün ailəsi ilə birlikdə ziyarətə gələn İrem Su İnan səhər saatlarında Atatürk Baraj gölünün ətrafında gəzərkən müvazinətini itirərək suya düşüb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, İremin yıxıldığını görən yaxınları kiçik qıza çata bilməyincə vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib.

Xəbər üzərinə sağlamlıq, xilasetmə, jandarma və Adıyaman Təhlükəsizlik Müdirliyi Sualtı Qrup Komandirliyi qrupları bölgəyə sövq edildi. Dalğıc qrupları 1 saatlıq işdən sonra İremin cansız bədəninə çatıb. Müayinədən sonra İremin cansız bədəni yarılma üçün Samsat Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.