8 YAŞLI POLADI ÖGEY ATASINDAN XİLAS EDİN!-AĞDAŞDA DƏHŞƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ögey atası ucabatından uşaq niyə təhsildən məhrum olsun ki?!
 
Sosial şəbəkədə təsadüfən bir status gördüm. Adının anonim qalmasını istəyən  xanım qızı ilə bir sinifdə təhsil alan 8 yaşlı Poladın taleyindən yazmışdı.  Atasını itidikdən sonra Poladın anası Dürdanə yenidən ailə qurub.  Amma ailə qurduğu insan Poladı tez-tez fiziki  şiddətə məruz qoyur. Ana isə bütün bu olanlara göz yumur.TİA.AZ  olaraq biz  8 yaşlı körpənin taleyi ilə maraqlanmağı qərara aldıq. Adının açıqlamaq istəməyən xanım bildirdi ki, Polad, Ağdaşda  Müşfiq İsayev adına orta məktəbdə ikinci sinifində oxuyur: “ Onun anası Dürdanə çox zəhmətkeş insandır.  Əri  isə içki aludəçisidir. Uşaq həmişə çirkli və cırıq-sökük paltarda gəzir. Keçən dəfə də əlləri kəsik-kəsik idi.  Dərman adıq, yarasını sarıdıq. Qonşuları uşağın atası tərəfindən tez-tez döyüldüyünü deyir. Uşağın bu halda dərsə gəlməs digər valideynləri narahat edir. Bəziləri müəllimdən xahiş edirlər ki, onu bu sinifdən çıxarsınlar. Uşağın normal dərs ləvazimatı belə yoxdur. Ana gündəli k evə 8 manat pul gətirir. Onu da ögey ata içkiyə xərcləyir. Uşaq məktəbdən qovulsa, halı  necə olacaq?Xahiş edirik, jurnalistlər, təşkilatlar bu uşağa yardım etsin. Polad özü oxuyan uşaqdır. Ögey atası ucabatından uşaq niyə təhsildən məhrum olsun ki?!”

NÜŞABƏ
TİA.AZ