8 Marta olan hava proqnozu

8 Marta olan hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.

Bunu TİA.AZ-a açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

“Arabir güclənən şimal küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, günün birinci yarısında 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq  ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir. Ümid edirik ki, xanımlarımızın təbəssümü günəş şəfəqləri kimi ətrafı  isidəcək”, – direktor vurğulayıb.