Bayramla əlaqədar Bakıda və bölgələrdə artıq bayram ab-havası yaşanır.
Bayramla əlaqədar Bakıda və bölgələrdə artıq bayram ab-havası yaşanır.
Hədiyyə mağazalarına, alış-veriş mərkəzlərinə, gül mağazalarına axın başlayıb. Bəs görəsən, zərif cinsin nümayəndələri olan qadınlarımız bu özəl gündə hansı hədiyyələr almağı sevirlər?
Bayramda əsasən gül, ətir, kosmetika vasitələri, qızıl zinət əşyaları çox az qism isə kitab kimi hədiyyələr istəyirlər. Kişilərin qadınlara ən çox verdiyi hədiyyələr arasında ən çox buket və ətir üstünlük təşkil edir. Artıq şəhərimizdə parfumeriya və kosmetika mağazalarında bayram endirimləri də başlayıb.
Belə ki, mağazalarda 40 manatdan başlayaraq kiçik tutumlu, çox bahalı tanınmış brendlərə məxsus ətir və kosmetika vasitələri əldə etmək mümkündür. Adətən bütün il boyu zəif satışları olan gül mağazaları da məhz 8 Mart günündə bayram edirlər. Həmin gün gülə olan maraq mağazanın müəyyən mənada təlabatını ödəyir desək yanılmarıq.
İqtisadi çətinliyin olduğu bu zamanda güllərin də qiymətində artım müşahidə olunur. Lakin insanlar yenə də gülün baha olmasına baxmayaraq, xanımlarını bu zövqdən məhrum etmək istəmirlər. Bəzi məşhur gül mağazalarının fantastik qiymətlərini görəndə isə heyrətə düşürük.
Belə ki, bu mağazalarda ağ və qırmızı qızılgüllərlə bəzədilmiş ürək formasındakı buketin qiyəti nə az, nə çox- 799 AZN-dir. Ən aşağ buketin qiyməti isə 65 azndır.
Satıcıların sözlərinə görə, bu bayram günündə ən çox qızılgüllərə tələbat çox olur. Adi gül mağazasında ən ucuz gül buket minimum 30 manatdan başlayır. Bu gülün bir ədədinin qiyməti isə 5-6 manatdır. İçərisində rəngarəng qızılgül və s. çiçəklər olan, müxtəlif aksesuarlarla bəzədilmiş hazır buketlərin qiyməti 40-120 manata kimi artır. Ən çox üstünlük verilənlər arasında çöl gülləri də var ki, onların birinin qiyməti 5-10 manat arasında dəyişir. Ən bahalı gül isə orxideyadır – biri 40 manatdır. Xanımları daha uzunömürlü gül – dibçəklərlə sevindirmək istəyənlər isə 55-322 manat ödəməlidirlər.
İlahə