79 YAŞLI MƏŞHUR AKTYORUN YEDDİNCİ ÖVLADI DÜNYAYA GƏLDİ-FOTObackend

79 YAŞLI MƏŞHUR AKTYORUN YEDDİNCİ ÖVLADI DÜNYAYA GƏLDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktyor Robert De Niro yeddinci dəfə ata olub.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, “Oskar” mükafatlı aktyor Robert De Niro “Atam haqqında” adlı yeni filminin reklamı üçün verdiyi müsahibədə böyük xəbəri insanlarla paylaşıb.

Şəxsi həyatı ilə bağlı ictimaiyyət arasında danışmaqdan qaçan məşhur aktyor müxbirə sadəcə yeddinci dəfə ata olduğunu söyləyib.

1976-cı ildə De Niro Diahnne Abbott ilə evləndi. Onunla aktyorun karyerasının ən maraqlı məqamlarından biri olan və Abbottun da çəkildiyi “Taksi sürücüsü” filminin çəkiliş meydançasında tanış olublar. De Niro Abbottun qızını övladlığa götürüb, ona soyadını verdi. Evləndikdən qısa müddət sonra ikinci uşaqları Rafael De Niro dünyaya gəldi.

De Niro 1988-ci ildə model Toukie Smit ilə görüşməyə başladı. Bu çütlükdən 1995-ci ildə əkiz oğulları Aaron Kendrik və Culian Henri dünyaya gəldi. Əkizlər dünyaya gəldikdən bir il sonra bu cütlüyün sonu da ayrılıqla bitdi.

De Nironun ikinci və son evliliyi 1997-ci ildə Qreys Haytauerlə olub. 1998-ci ildə ilk oğulları Elliot dünyaya gəldikdən sonra boşandılar, lakin 2004-cü ildə yenidən evləndilər və 20 ildən artıqdır ki, birlikdədirlər. Haytauer və De Nironun 2011-ci ildə ikinci uşaqları Helen Qreys dünyaya gəldi. İkili 2018-ci ildə boşandılar.