77 yaşlı Ajda Pekkan 14-cü dəfə estetik əməliyyata girib-FOTO

77 yaşlı Ajda Pekkan 14-cü dəfə estetik əməliyyata girib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözəlliyi ilə yanaşı bu günə qədər etdirdiyi estetik əməliyyatlarla da məşhur olan türkiyəli müğənni Ajda Pekkan 77 yaşında növbəti dəfə estetik əməliyyat etdirib.

Tribunainfo.az türk saytlarına istinadən xəbər verir ki, A.Pekkan bu dəfə çənəsini üçbucaq formada etdirib və yanaqlarını gərdirib.
Bu, Pekkanın sayca 14-cü plastik əməliyyatıdır. O, açıqlamalarında estetik əməliyyatları çox sevdiyini və bir növ buna bağlı olduğunu bildirib:

“Estetik əməliyyat alüdəçisiyəm. Etdirmədən, dayana bilmərəm. Mən insanlara da o cür yanaşıram. Utanmasam, gördüyüm adamlara qüsur olan hissəsində estetik əməliyyat etdirməsini təklif edərək. İnsanlara estetik cərrah gözü ilə baxıram”.