77 km sürətlə radara düşən iş adamına 95 min avro cərimə

77 km sürətlə radara düşən iş adamına 95 min avro cərimə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə 50 km/s sürət həddi olan ərazidə 77 km/s ilə hərəkət edən sürücü məhkəmə tərəfindən yüksək məbləğdə pul cəzasına məhkum edilib.

Qaynarinfo “24 Heures” qəzetinə istinadən xəbər verir ki, İsveçrənin ən varlı 300 sakini arasında yer alan sürücü 2024-cü ilin avqust ayında Lozanna şəhərində 50 km/s sürət həddi olan yolda 77 km/s sürətlə radara düşüb. Bu, sürət həddini 27 km/s aşmaq deməkdir və məsələ məhkəməyə çıxarılıb.

Məhkəmə sürücünün gəlirinə uyğun olaraq 40 günlük pul cəzası təyin edib. Gündəlik cərimə məbləği 2 min İsveçrə frankı olaraq müəyyənləşdirildiyi üçün ümumi əsas cəza 80 min frank olub. Bundan əlavə, 10 min frank inzibati cərimə tətbiq edilib. Nəticədə ümumi cəza 90 min frank (təxminən 95 min 500 avro) təşkil edib.

Məhkəmənin qərarına əsasən, 80 min franklıq əsas pul cəzası, sürücü üç il ərzində eyni qayda pozuntusunu təkrarlamadığı halda ödənilməyəcək. Lakin 10 min franklıq inzibati cərimə dərhal icra olunacaq.

Məlumata görə, həmin sürücü səkkiz il əvvəl də sürət həddini aşdığı üçün 60 min frank pul cəzası və 10 min frank inzibati cəza alıb. İsveçrədə sürət həddi pozuntularına görə cərimələr sürücünün gəlirinə əsasən müəyyənləşdirildiyindən, yüksək gəlirli şəxslər üçün məbləğlər xeyli yüksək olur.