Böyük Britaniya sakini Ceyms Hauells, təsadüfən Nyuportdakı zibilliyə atılan kriptovalyutanın keçmiş sahibi, onu geri qaytarmaq cəhdlərindən imtina edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd edək ki, 2013-cü ildə 39 yaşlı İT mütəxəssisin qız dostu bu gün 750 milyon dollar dəyərində qiymətləndirilən içərisində kriptovalyuta olan sərt diski səhvən zibilliyə atmışdı. Hauells diskin Nyuportdakı zibilliyə düşdüyünü müəyyən etmiş və məlumatların bərpası üzrə ekspertlərin köməyi ilə minlərlə ton zibilin içində diski axtarmağı planlaşdırırdı. Lakin şəhər hakimiyyəti zibilliyə girişi qadağan etmiş və hətta icazəsiz axtarış cəhdlərinin qarşısını almaq üçün oraya mühafizə yerləşdirmişdi.
Hauells Nyuport administrasiyasına itirilmiş “Bitcoin”lərin dəyərindən pay təklif edib, hətta axtarışları uğursuz olacağı təqdirdə belə böyük məbləğdə ödəniş zəmanəti verib və bütün zibilliyi almaq imkanını nəzərdən keçirib. Lakin onun bütün səyləri əbəs olub. Növbəti dəfə səlahiyyətlilərdən rədd cavabı aldıqdan sonra o, məhkəmə vasitəsilə icazə almağa çalışıb, lakin işi uduzub. Diski geri qaytarmaq üçün bütün qanuni yolları tükəndikdən sonra Hauells axtarışlardan imtina etməyə qərar verib.
“Mənim daha heç bir seçimim qalmayıb. Belə bir vəziyyətdə daha nə etmək olar? Əgər qarşımda qapılar bağlıdırsa, edəcək heç nə qalmayıb”, – deyə o bildirib.
Bakupost.az