73 yaşlı arvadını dəhşətli şəkildə qətlə yetirdibackend

73 yaşlı arvadını dəhşətli şəkildə qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzurumda 71 yaşlı kişi gecə mübahisə etdiyi 73 yaşlı arvadını səhər yatarkən yatağında vuraraq öldürüb və polisə təslim olub.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, prostat vəzi xərçəngi aşkarlanan qoca ilə həyat yoldaşı arasında ciddi fikir ayrılığı olduğu iddia edilib.

Hadisə səhər saatlarında Əbdürrəhman Qazi səmtindəki Şenol Evlər A Blokunda baş verib.

Təxminən 2 ilə yaxındır aralarında şiddətli münaqişə yaşadığı iddia edilən 3 uşaqlı cütlük Hangül və Halil Ciğerli tək yaşadıqları evdə gecə mübahisə etdikdən sonra yuxuya gediblər.

Səhər saatlarında Halil Ciğerli evdən silahı götürərək həyat yoldaşının yatdığı otağa gedib. Arvadının başına iki dəfə atəş açaraq öldürən Ciğerli bir müddət gözləyərək çölə çıxıb.

Ciğerli mobil telefonu ilə polisə zəng edərək həyat yoldaşını öldürdüyünü bildirərək təslim olmaq istədiyini bildirib.