Avstriyada keçirilən prezident seçkilərində qalib gələn Yaşıllar Partiyasının sabiq lideri, təqaüddə olan iqtisadçi, 72 yaşlı Aleksander Van der Bellenin andiçmə mərasimi keçirilib.
Avstriyada keçirilən prezident seçkilərində qalib gələn Yaşıllar Partiyasının sabiq lideri, təqaüddə olan iqtisadçi, 72 yaşlı Aleksander Van der Bellenin andiçmə mərasimi keçirilib.
TİA.AZ xəbər verir ki, ölkənin 9-cu prezidenti təntənəli şəraitdə and içib: “Respublikanın bütün qanunları və konstitusiyasına əməl edəcəyimə və öz borcumu vicdanla yerinə yetirəcəyimə and içirəm”.
Təntənəli tədbirdə keçmiş dövlət başçısı Haynts Fişer, Avstriyanın kansler və vitse-kansleri Kristian Kern və Raynhold Mitterlener, kilsə nümayəndələri, diplomatlar və jurnalistlər, mədəniyyət işçiləri iştirak edib.