Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilən Səyyad Salahlı (Səyyad Aran) deputatlığa namizəd olacaq.
Hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini 82 saylı İmişli – Saatlı Seçki Dairəsindən irəli sürüb.
Qeyd edək ki, o, iki dəfə – 1995 və 2000-ci il parlamen seçkilərində deputat seçilib. 2006-2010-cu illərdə İstanbulda baş konsul olub.
YAP-ın qurucularından olan Səyyad Aran 2012-ci ildən isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədrinin birinci müavini idi.
Hazırda onun 72 yaşı var və o, yaşı ilə bağlı pensiyaya göndərilib.