Masallı rayonunda 72 yaşlı qadın döyülüb.
Masallı rayonunda 72 yaşlı qadın döyülüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1945-ci il təvəllüdlü Şərqiyyə Abı qızı Şahbazova gəlini, 1985-ci il təvəllüdlü Billurə Ramiz qızı Şahbazova tərəfindən döyülüb. Ş.Abbasovanın oğlu Ehtiram Şahbazovun verdiyi məlumata görə, qardaşı Taleh B.Abbasova ilə boşanma ərəfəsindədir. Onun sözlərinə görə, Ş. Abbasova 72 yaşlı qadını küt alətlə döyərək ona müxtəlif xəsarətlər yetirib.
Ş.Şahbazova oğlanları tərəfindən Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.