Ajda Pekkan ana olmaq istəyir.
Ajda Pekkan ana olmaq istəyir.
TİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli müğənni yanvar ayında ilk uşağını dünyaya gətirən Gülşən ilə həyat yoldaşı Ozan Çolakoğlunu təbrik edib. Müğənni cütlüyün evlərinə gedərək körpələrini qucağına alıb əzizləyib. Məlum olub ki, 71 yaşlı ulduzun həmkarının evini ziyarət etməsinin səbəbi analıq həsrətində olması imiş.
Müğənniyə yaxın mənbələrin verdiyi məlumata görə, Ajda Hindistanda 71 yaşlı qadının ana olması xəbərini eşitdikdən sonra həkim müayinəsinə gedib. 71 yaşlı sənətkar özünün də ana olmaq şansının neçə faiz olduğunu öyrənmək üçün güvəndiyi bəzi həkimlərlə görüşüb. Pekkanın Hindistan və Amerikadakı mütəxəssislərlə də görüşəcəyi iddia edilir.